Ukrayna Rusiyanın iri neft zavodunu vurdu - GÖRÜNTÜLƏR
Ukrayna Rusiyanın ən böyük neft emalı zavodlarından birini PUA ilə vurdu.
TodayPress TV xəbər verir ki, Ryazanda eyni vaxtda iki obyektə hücum edilib – Ryazan Neft Emalı Zavodu və Wildberries şirkətinin anbar kompleksi.
OSINT kanallarının məlumatına görə, zərbələrdən sonra ərazidə yanğınlar başlayıb.
Ryazan Neft Emalı Zavodu Rusiyada istehsal gücünə görə ən böyük üç neft emalı müəssisəsindən biridir və ildə təxminən 18 milyon ton neft emal etmək gücünə malikdir.
Zavoda və logistika anbarına dəymiş ziyanın miqyası hələlik dəqiqləşdirilir.
Zəhra Məmmədova