Ukrayna Rusiyanın iri neft emalı zavodunu vurdu: Volqoqradda yanğın başladı
Ukrayna ordusu Rusiyanın Volqoqrad şəhərində yerləşən iri neft emalı zavoduna pilotsuz uçuş aparatları ilə zərbə endirib.
TodayPress TV xəbər verir ki, 12-dən 13-nə keçən gecə həyata keçirilən hücum nəticəsində yanğın baş verib. Hadisə yerindən yayılan görüntülərdə müəssisənin ərazisindən alovların yüksəldiyi görünür.
Qeyd edək ki, Rusiyanın ən iri neft emalı müəssisələrindən biri olan zavodun illik emal gücü təxminən 15 milyon ton xam neft təşkil edir. Müəssisə benzin, dizel və aviasiya yanacağı istehsal edir.
Zəhra Məmmədova