Ukrayna ilk dəfə PUA ilə Rusiya helikopterini vurdu
Dünya
22.11.2025 22:00
Ukrayna ordusu ilk dəfə olaraq dronla Rusiyanın "Mi-8" helikopterini vurub.
TodayPress TV xəbər verir ki, bu barədə ordunun Xüsusi Əməliyyat Qüvvələrinin “Telegram” kanalında məlumat verilib.
"Hər bir tapşırıq, təyyarənin texniki xüsusiyyətlərindən tutmuş pilotların planlaşdırılmasına və təliminə qədər yaradıcılıq tələb edir. Bu tapşırıq düşmənə bir çox suallar qoyub getdi. Cavablarını isə yalnız Mi-8 ekipaj üzvləri bilir və lakin onlar bunu danışa bilməyəcəklər", - Xüsusi Əməliyyat Qüvvələrinin mətbuat xidmətinin məlumatında deyilir.
Məlumata görə helikopterin vurulması Rusiya ərazisində, Rostov vilayətinin Kuteynikovo kəndi yaxınlığında baş verib.
Onun Ukraynanın "FP-1" uzaq mənzilli hücum dronu ilə vurulduğu bildirilir.
tag: Ukrayna, Rusiya, Helikopter, Mi-8, todaypress.tv,
