Ukrayna dronları Rusiyadakı neft anbarını hədəf aldı

Ukrayna dronları Rusiyadakı neft anbarını hədəf aldı
09.07.2026 09:08 Dünya

Ukraynaya məxsus pilotsuz uçuş aparatları (PUA) Rusiyanın Tver şəhərində yerləşən "Tvernefteprodukt" neft anbarına hücum edib.

TodayPress TV xəbər verir ki, yerli mənbələrin və sosial şəbəkələrdə yayılan görüntülərin məlumatına görə, hücumdan sonra anbarda güclü yanğın baş verib.

Tver vilayət rəhbərliyi hadisə yerinə xilasetmə qüvvələrinin cəlb olunduğunu bildirib. Yanğının səbəbləri, miqyası və mümkün itkilərlə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.

Türkan İsgəndərli

TodayPress TV

FOTOLAR

Ukrayna dronları Rusiyadakı neft anbarını hədəf aldı — 1
XƏBƏR LENTİ
09 IYUL 2026
Bütün Xəbərlər