Ukrayna "dekabristlər"ə qadağa qoydu

Ukrayna "dekabristlər"ə qadağa qoydu
25.11.2025 18:30 Dünya

Ukraynanın Milli Xatirə İnstitutu dekabrist hərəkatını “rus imperializmi”nin simvolu kimi tanıyaraq ölkə ərazisində onlara aid bütün obyektlərin və tədbirlərin ictimai məkandan yığışdırılmasına qərar verib.

TodayPress TV xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat yayılıb.

Qərara əsasən, dekabristlərlə bağlı abidələr, lövhələr, coğrafi adlar və digər mədəni irs nümunələri ölkənin “dekommunizasiya” siyasəti çərçivəsində aradan qaldırılacaq.

Dekabristlər 1825-ci ildə Sankt-Peterburqda avtokratiyaya qarşı üsyan qaldıran rus zadəgan zabitləri idi. Ukrayna artıq Romanovlar sülaləsi də daxil olmaqla rus və sovet tarixinə bağlı bir sıra simvolları ölkə məkanından çıxarıb.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər