Ukrayna 82 Rusiya dronundan 69-nu vurdu
Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri oktyabrın 12-də atılan 82 Rusiya dronundan 69-nu məhv edib.
TodayPress TV "Ukrinform"a istinadən xəbər verir ki, hücumlar Oryol, Kursk və Primorsko-Axtarskdan həyata keçirilib, zərbə dronlarının əksəriyyəti Ukrayna aviasiyası, zenit-raket bölmələri və mobil atəş qrupları tərəfindən dəf edilib.
Oktyabrın 13-də isə Rusiya dronları Odessa vilayətində tekstil anbarlarına hücum edib, bir nəfər yaralanıb.
Jalə Rövşən