ÜƏP-in icraçı direktoru istefa verir
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramının (ÜƏP) icraçı direktoru Sindi Makkeyn üç ay ərzində vəzifəsindən istefa verəcəyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə qurum məlumat yayıb.
Məlumata görə, Makkeyn qərarını sağlamlığına diqqət yetirmək zərurəti ilə əsaslandırıb. Bildirilir ki, o, 2025-ci ilin oktyabr ayında mikroinsult keçirib.
Açıqlamada qeyd olunur ki, Makkeyn yanvarın əvvəlində işini davam etdirmək üçün təşkilatın Romadakı qərargahına qayıdıb.
Lakin o, iş yükünün sağalma prosesini üstələdiyini müəyyən edib və bu səbəbdən vəzifəsindən ayrılmaq qərarına gəlib.
Türkan İsgəndərli