Ubisoft "Far Cry" serialını rəsmən elan etdi
Dünya
25.11.2025 18:45
Ubisoft məşhur "Far Cry" oyun seriyası əsasında yeni televiziya serialının hazırlanacağını açıqlayıb.
TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, Variety-nin məlumatına görə, layihə antologiya formatında olacaq və hər mövsümdə tamamilə fərqli hekayə, mühit və aktyor heyəti təqdim ediləcək.
Serialın şourunneri “Farqo” və “Legion” kimi layihələrlə tanınan Noah Hawley olacaq. Onunla tez-tez əməkdaşlıq edən Rob McElhenney də layihəyə qoşulub və həm prodüserlik edəcək, həm də əsas rollardan birini canlandıracaq.
Serial ABŞ-da Hulu, digər ölkələrdə isə Disney+ üzərindən yayımlanacaq. İstehsalçı şirkət FX-dir.
İlk sezonun süjeti haqqında hələlik məlumat verilməyib. Noah Hawley paralel olaraq “Alien: Earth” serialının ikinci mövsümü üzərində də işləyir.
Bundan əvvəl Far Cry 7 oyunu barədə ilk məlumatlar ortaya çıxmışdı.
Jalə Rövşən
tag: "Far Cry",Oyun ,Serial,Ubisoft ,Todaypress.tv,
