Tusk: "Polşanın Aİ-dən çıxması təhlükəsi realdır"

Dünya

15.03.2026 21:00

Polşanın Baş naziri Donald Tusk ölkənin Avropa İttifaqından çıxması — “Polexit” təhlükəsinin real olduğunu bildirib.

TodayPress TV xəbər verir ki, Tusk bu barədə "X" sosial şəbəkəsində yazıb.

O, Polşa Prezidenti Karol Navrotskinin ümumavropa SAFE proqramı çərçivəsində silah alınması üçün kredit haqqında qanuna veto qoymasını tənqid edərək bunu ölkəni Aİ-dən uzaqlaşdırmaq cəhdi kimi qiymətləndirib.

“Polexit" bu gün real təhlükədir. Bunu hər iki "Konfederasiya" və PiS partiyasının əksəriyyəti istəyir. Navrotski isə onların himayədarıdır”, — deyə Tusk bildirib.

Baş nazirin sözlərinə görə, vəziyyəti yalnız daxili siyasi qarşıdurma deyil, həm də xarici qüvvələrin təsiri gərginləşdirir.

“Rusiya, ABŞ-dəki MAGA hərəkatı və Avropadakı sağ qüvvələr — xüsusilə Macarıstanın Baş naziri Viktor Orban ittifaqı dağıtmaq istəyir. Polşa üçün bu, fəlakət olardı. Mən bunun qarşısını almaq üçün hər şeyi edəcəyəm”, — deyə o vurğulayıb.

Qiymət Mahir

tag: Polşa ,Navrotski,Avropa,MAGA,TodayPress TV,