Türkiyədən İsrailə İranla bağlı sərt XƏBƏRDARLIQ
Türkiyənin İsrailə İranla bağlı xəbərdarlıq etdiyi iddia edilir.
TodayPress TV xəbər verir ki, bu barədə “Kan 11” məlumat yayıb.
Məlumata görə, Ankara İsrailə bildirib ki, “Mossad”ın koordinasiyası altında fəaliyyət göstərdiyi iddia edilən kürd silahlı qrupları İran ərazisinə daxil olacağı təqdirdə, Türkiyə İrana hava dəstəyi verəcək.