Türkiyədəki yanğını söndürmək mümkün olmadı
Türkiyənin qərbində, İzmirin sahil bölgəsində güclü külək səbəbilə sürətlə yayılan meşə yanğınını nəzarət altına almaq üçün genişmiqyaslı əməliyyat həyata keçirilir.
TodayPress TV xəbər verir ki, bu barədə Türkiyənin kənd təsərrüfatı və meşə təsərrüfatı naziri İbrahim Yumaklı məlumat verib.
Yanğın iyunun 29-u günorta saatlarında İzmirin Seferihisar bölgəsində — şəhərdən təxminən 50 kilometr cənub-qərbdə baş verib.
Nazirin sözlərinə görə, yanğının söndürülməsinə 1000-dən çox insan, 4 təyyarə və 100-dən artıq yanğınsöndürmə maşını cəlb olunub.
İndiyədək yanğın nəticəsində 21 nəfər yüngül xəsarət alıb.
Töhfə Səməd