Türkiyədə pulsuz yeməkxanada at əti verildi
Dünya
15.03.2026 20:08
Türkiyənin Mersin şəhərində ehtiyacı olanlar üçün nəzərdə tutulmuş pulsuz yeməkxanada at əti mal əti kimi təqdim edilib.
TodayPress TV xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Məlumata görə, yeməkxanaya gələn ziyarətçilərdən biri yeməyin içində yarış atlarına implantasiya edilən mikroçip aşkar edib.
Araşdırma zamanı məlum olub ki, mal əti adı ilə verilən ət əslində “Smart Latch” adlı yarış atına məxsus olub. Dörd yaşlı bu at yarışların mükafatçısı idi və yarışlardan birində zədələndikdən sonra müalicə edilərək uşaq atçılıq klubuna verilməsi planlaşdırılmışdı.
Lakin at kluba çatdırılmayıb. Onu daşıyan şəxs heyvanı qanunsuz kəsimlə məşğul olan qəssaba aparıb. Daha sonra həmin ət mal əti kimi satılıb və yeməkxanaya verilib.
Hadisə üzə çıxandan sonra qalmaqal yaranıb. Türkiyədə atların kəsilməsi rəsmi olaraq qadağan edilməsə də, bu cəmiyyətdə tabu sayılır.
Mersin hakimiyyəti faktla bağlı araşdırma aparılacağını bildirib.
Qiymət Mahir
tag: Türkiyə,Mersin ,At əti,Yeməkxana,TodayPress TV,
