Türkiyədə mikroavtobus aşdı, ölən və yaralananlar var
Türkiyənin İstanbul şəhərinin Silivri rayonunda mikroavtobusun aşması nəticəsində iki nəfər ölüb, 10 nəfər xəsarət alıb.
TodayPress TV xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Əraziyə polis, təcili tibbi yardım, yanğınsöndürmə briqadaları cəlb olunub.
Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra onlar ətrafdakı xəstəxanalara yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.