Türkiyədə meşə yanğınlarına görə 10 nəfər həbs edildi
Türkiyədə iyunun 1-dən indiyədək 1 516 meşə yanğını olub, onlardan 1 507-si nəzarət altına alınıb.
TodayPress TV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
O bildirib ki, yanğının söndürülməsi üçün 150-yə yaxın təyyarə, 25 min nəfər və 6 minə yaxın yerüstü texnika çalışır:
Yanğın törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb, onlardan 10-u həbs edilib, 10-u məhkəmə nəzarəti ilə sərbəst buraxılıb.
Aynur TAC