Türkiyə Rusiyadan qaz alışını dayandırmağı planlaşdırmır

Dünya

26.11.2025 18:15

Ankara Rusiyadan qaz almasını dayandırmağı düşünmür.

TodayPress TV bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar "Lider Haber" ə müsahibəsində deyib.

Onun sözlərinə görə, Rusiya uzun illərdir Türkiyə üçün etibarlı təchizatçı olub və qaz tədarükləri ölkənin ümumi ehtiyacının 40–50 faizini qarşılayır.

Nazir qeyd edib ki, hazırda narahatlıq üçün əsas yoxdur və qaz alışları davam edir.

Bu açıqlama ABŞ-nin son sanksiyalar fonunda verilib. Vaşinqton Rusiyanın böyük enerji şirkətlərinə qarşı yeni sanksiyalar tətbiq edib və NATO-dakı səfiri Mett Whitaker Macarıstan, Slovakiya və Türkiyənin Rusiyadan enerji alışını azaltmasını gözlədiklərini bildirib.

Moskva isə qeyri-enerji ixracının artacağını bəyan edib.

Jalə Rövşən

TodayPress TV

tag: Ankara,Rusiya qazı,Türkiyə,Alparslan Bayraktar,Todaypress.tv,