Türkiyə Qəzza zolağına qoşun yeritməyə hazırlaşır

Türkiyə Qəzza zolağına qoşun yeritməyə hazırlaşır
09.12.2025 11:24 Dünya

Türkiyə Silahlı Qüvvələri Qəzza zolağında beynəlxalq sabitləşdirmə qüvvələrinə mümkün hərbi kontingentin yerləşdirilməsi üçün hazırlıqları başa çatdırıb.

TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə KİV-i təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Fələstin anklavına qüvvələrin gəlməsi ilə bağlı müraciət daxil olduqdan sonra Türkiyə silahlı qüvvələrinin komandanlığı, demək olar ki, dərhal lazımi ölçüdə bölmə yaradacaq və onu təyinat yerinə göndərəcək.

Mənbələrin bildirdiyinə görə, ABŞ də Qəzza zolağında türk hərbçilərinin olmasını arzulayır, lakin İsrail buna qarşıdır.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər