Gənc voleybolçularımız üçün Avropa yolunda həlledici sınaq!

Gənc voleybolçularımız üçün Avropa yolunda həlledici sınaq!
02.11.2026 15:45 İdman

16 yaşadək voleybolçu oğlan və qızlardan ibarət Azərbaycan milli komandaları Avropa çempionatının birinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edəcəklər.

TodayPress TV xəbər verir ki, yarışlar noyabrın 19-dan 22-dək təşkil olunacaq.

Oğlanlardan ibarət U-16 millimiz Latviyanın paytaxtı Riqada mübarizə aparacaq. B qrupunda yer alan komandamız Latviya və Finlandiya yığmaları ilə qarşılaşacaq. A qrupunda isə Polşa, Estoniya və Ukrayna komandaları çıxış edəcəklər.

Qızlardan ibarət millimiz Estoniyanın Kaariku şəhərində qüvvəsini sınayacaq. B qrupunda yer alan yığmamızın rəqibləri Estoniya, Litva və Ukrayna komandaları olacaq. A qrupunda isə Polşa, Gürcüstan və Finlandiya kollektivləri mübarizə aparacaqlar.

Reqlamentə əsasən, qruplarda ilk üç yeri tutan komandalar yekun sıralama uğrunda mübarizə aparacaqlar. Qrup qalibləri finalda turnirin çempionunu müəyyənləşdirəcəklər.

Yarışın qalibi 2027-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqə qazanacaq.

Oğlanlardan ibarət U-16 millimizin oyunları:

19 noyabr

18:00. Latviya - Azərbaycan

20 noyabr

18:00. Azərbaycan - Finlandiya 

Qızlardan ibarət U-16 millimizin oyunları:

19 noyabr

19:00. Estoniya - Azərbaycan

20 noyabr

16:00. Azərbaycan – Ukrayna

21 noyabr

19:00. Litva – Azərbaycan

Namiq HUN

TodayPress TV


XƏBƏR LENTİ
02 NOYABR 2026
Bütün Xəbərlər