Türkiyə MN: İranla bağlı iddialar reallığı əks etdirmir
Dünya
26.02.2026 17:10
Türkiyə Milli Müdafiə Nazirliyi ABŞ-nin İrana mümkün hücumu halında Türkiyə ordusunun “təhlükəsizlik səbəbləri” ilə İran ərazisinə girməyi planlaşdırdığı barədə yayılan xəbərlərə münasibət bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə mediasi məlumat yayıb.
Nazirlik iddiaların doğru olmadığını açıqlayıb və Türkiyənin bölgədə sülh və sabitliyin təmin olunması istiqamətində səylərini davam etdirdiyini vurğulayıb.
Bəyanatda qeyd olunub ki, Türkiyə regiondakı bütün münaqişələrin sülh yolu ilə həllinin tərəfdarıdır və uzunmüddətli sabitliyin təmin edilməsi üçün fəaliyyətini davam etdirir.
Eyni zamanda, mümkün risklərin qarşısını almaq məqsədilə müvafiq dövlət qurumları ilə koordinasiyalı şəkildə zəruri tədbirlərin görüldüyü bildirilib.
Türkan İsgəndərli
tag: Türkiyə,İran,Qoşun,MN,Todaypress.tv,
