Trampın tibbi müayinəsinin nəticələri bəlli oldu

Trampın tibbi müayinəsinin nəticələri bəlli oldu
26.05.2026 22:20 Dünya

ABŞ Prezidenti Donald Tramp bildirib ki, tibbi müayinə zamanı onda hər hansı sağlamlıq problemi aşkarlanmayıb.

TodayPress TV xəbər verir ki, “Truth Social” hesabında paylaşım edən Tramp, Uolter Rid adına hərbi-tibb mərkəzində növbəti tibbi müayinədən keçdiyini qeyd edib.

“Altı aydan bir keçirilən tibbi müayinədən yenicə keçdim. Bütün göstəricilər ideal vəziyyətdədir”, - Tramp yazıb.

Bu, 79 yaşlı siyasətçinin son 13 ay ərzində keçdiyi üçüncü tibbi müayinədir. Bundan əlavə, ABŞ prezidenti həmin müddətdə ən azı iki dəfə stomatoloqa müraciət edib.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər