Trampın Si Cinpinlə görüşü bir ay təxirə salındı

Trampın Si Cinpinlə görüşü bir ay təxirə salındı
17.03.2026 22:10 Dünya

ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşünün təxminən bir ay təxirə salınacağına inanır. 

TodayPress TV xəbər verir ki, bu barədə o, Ağ Evdə İrlandiyanın Baş naziri Maykl Martin ilə görüşdə jurnalistlərə Çinə səfər planlarını şərh edərkən bildirib. 

"Görüşün vaxtını dəyişdiririk. Görünür, təxminən beş həftəyə baş tutacaq", - deyə Amerika lideri vurğulayıb. 

Xatırladaq ki, daha əvvəl liderlərin görüşü martın sonu və ya aprelin əvvəlində gözlənilirdi. 

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
19 IYUN 2026
Bütün Xəbərlər