Trampdan Tehrana ultimatum: “Təkrarlansa, daha pis olacaq!”
ABŞ Prezidenti Donald Tramp bildirib ki, ölkəsinin İrana endirdiyi zərbələr rəsmi Tehranın bir gün əvvəl gəmilərə qarşı həyata keçirdiyi hücumlara cavab xarakteri daşıyır.
TodayPress TV xəbər verir ki, bu barədə Tramp sosial şəbəkə hesabında paylaşım edib.
Tramp açıqlamasında xəbərdarlıq edib ki, İran belə addımları yenidən təkrarlayacağı təqdirdə, cavab daha sərt olacaq.
