Mərakeş tarixində ilk dəfə! - Hökumətin başına qadın gətirildi
Mərakeş Kralı VI Məhəmməd Fatimə əl-Mənsurini hökumətin başçısı təyin edib və ona yeni kabineti formalaşdırmağı tapşırıb.
TodayPress TV xəbər verir ki, bu barədə Mərakeş dövlət televiziyası məlumat yayıb.
Məlumata görə, əl-Mənsuri krallıq tarixində bu postu tutan ilk qadın olub.
Xatırladaq ki, sentyabrın 23-də Mərakeşdə parlamentin Nümayəndələr Palatasına (aşağı palata) seçkilər keçirilib. Seçkilərin yekunlarına əsasən, hakim koalisiyaya daxil olan "Əsllik və Müasirlik" partiyası qələbə qazanıb. Mərakeşin 2011-ci ildə qəbul edilmiş Konstitusiyasına əsasən, kral baş naziri parlamentdə ən çox yer qazanan partiyadan təyin edir.
Aysel Mətləb