Hindistanda hərbi faciə: Xidmət yoldaşlarını "AK-47" ilə qətlə yetirdi

Hindistanda hərbi faciə: Xidmət yoldaşlarını "AK-47" ilə qətlə yetirdi
29.09.2026 21:01 Dünya

Hindistanın Cəmmu və Kəşmir ittifaq ərazisində xidmət yoldaşının törətdiyi atışma nəticəsində Mərkəzi Sənaye Təhlükəsizliyi Qüvvələrinin (CISF) dörd əməkdaşı həlak olub.

TodayPress TV xəbər verir ki, bu barədə mənbələrə istinadən "NDTV" telekanalı məlumat yayıb.

Hadisə Basohli rayonundakı kənddə, su elektrik stansiyasının ərazisində yerləşən düşərgədə baş verib. İlkin məlumatlara görə, atışmadan əvvəl CISF əməkdaşları arasında münaqişə baş verib.

Atəşi "AK-47" avtomatından Baş polis zabiti Avdeş Kumar Sinqh açıb. Onun üzərində 150 patron olub. O saxlanılaraq polisə təhvil verilib.

Araşdırma aparılır.

Aysel Mətləb

XƏBƏR LENTİ
29 SENTYABR 2026
Bütün Xəbərlər