Trampdan İranın təkzibinə reaksiya: "Müfəttişlər İrana gedəcək"

Trampdan İranın təkzibinə reaksiya: "Müfəttişlər İrana gedəcək"
23.06.2026 23:20 Dünya

"Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) müfəttişləri İrana yollanacaqlar və heç bir tələsiklik yoxdur".

TodayPress TV xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Ağ Evin qarşısında jurnalistlərə bildirib.

Tehranın planlaşdırılmış hər hansı bir AEBA səfərinin olmadığına dair iddialarını səsləndirən jurnalistin sualına cavab olaraq o deyib:

"Onlar səhv edirlər və səhv etdiklərini özləri də bilirlər. Bizə daxildə belə dedilər və biz buna yüz faiz əminik. Əgər onlar haqlı olsaydılar, mən görüşləri elə indicə ləğv edərdim".

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
24 IYUN 2026
Bütün Xəbərlər