Trampdan Ərdoğana tərif: “Nüfuzlu lider və mənim dostumdur”
ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan barədə danışıb.
TodayPress TV-nin məlumatına görə, Tramp bildirib ki, NATO sammitinə Prezident Ərdoğana hörmət əlaməti olaraq qatılacaq.
Onun sözlərinə görə, Ərdoğan İranla müharibəyə qoşulmaq ehtimalı ən yüksək olan liderlərdən biri idi.
“Hətta bəlkə də İranın tərəfində olardı, çünki bildiyiniz kimi, o, İsrailin tərəfdarı deyil”, - Tramp deyib.
ABŞ prezidenti əlavə edib ki, Ərdoğandan münaqişəyə müdaxilə etməməyi xahiş edib və Türkiyə lideri də kənarda qalıb.
“O, nüfuzlu liderdir və mənim dostumdur”, - Tramp vurğulayıb.