Trampdan Con Boltona sərt ittihamlar – “Ümid edirəm ağır cəza alacaq”

Trampdan Con Boltona sərt ittihamlar – “Ümid edirəm ağır cəza alacaq”
27.06.2026 14:15 Dünya

ABŞ Prezidenti Donald Tramp keçmiş milli təhlükəsizlik müşaviri Con Boltonla bağlı sərt açıqlama verib.

TodayPress TV xəbər verir ki, Tramp “Truth Social” platformasında Boltonu tənqid edərək onun “səriştəsiz” və “balanssız” olduğunu iddia edib.

O, həmçinin Boltonun “xaos və müharibə tərəfdarı” kimi davranışlar sərgilədiyini yazıb və onunla “ciddi şəkildə davranılacağına ümid etdiyini” bildirib.

Con Bolton 2018-2019-cu illərdə Ağ Evin milli təhlükəsizlik müşaviri vəzifəsində çalışıb. Onun barəsində istintaq 2020-ci ildə başlayıb, 2025-ci ilin oktyabrında isə məxfi məlumatların ehtiyatsız idarə olunması ilə bağlı 18 maddə üzrə ittiham irəli sürülüb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
27 IYUN 2026
Bütün Xəbərlər