Tramp "TikTok”un bloklanmasını yenidən təxirə sala bilər

Tramp "TikTok”un bloklanmasını yenidən təxirə sala bilər
15.09.2025 18:45 Dünya

Donald Tramp administrasiyası “TikTok” sosial şəbəkəsinin ABŞ-dəki aktivlərini satmaq barədə qərarı uzatmağa hazırlaşır.

TodayPress TV xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat verib.

Belə ki, sözügedən uzatma halı artıq dördüncü dəfə baş verir. 

Bildirilib ki, yeni təxirəsalma ABŞ və Çin arasında İspaniyada keçiriləcək məsləhətləşmələrdə müzakirə olunacaq. 

Agentlik onu da qeyd edib ki, əvvəllər “TikTok”un taleyi iki ölkə arasında aparılan danışıqların gündəliyinə daxil edilməmişdi.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər