Tramp Putinlə razılığa gəldi: Qiymətlər ucuzlaşır?
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə dizel yanacağının Amerika bazarına tədarükü barədə razılıq əldə etdiyini bildirib.
TodayPress TV xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
O bildirib ki, Putinlə telefon danışığı zamanı Rusiyanın dərhal ABŞ və dünya bazarlarına 300 min tondan çox dizel yanacağı, noyabr ayı ərzində daha 500 min ton, bundan sonra isə 1 milyon ton yanacaq tədarük etməsi barədə razılıq əldə olunub.
Trampın sözlərinə görə, Rusiyadakı neft emalı zavodlarının vəziyyəti nəzərə alınaraq, qısa müddət ərzində əlavə olaraq 3 milyon ton dizel yanacağının tədarükü də nəzərdə tutulur.
ABŞ Prezidenti Hörmüz boğazı üzərində tam nəzarətə malik olduqlarını və Rusiyanın enerji resursları ilə bağlı bu elanın nəticəsində dizel yanacağının qiymətlərinin ABŞ-də və dünyada rekord sürətlə, qısa müddətdə aşağı düşəcəyini iddia edib.
O, xüsusilə fermerlər, heyvandarlıq təsərrüfatlarının sahibləri və yük maşını sürücüləri üçün yanacağın ucuzlaşmasının əsas prioriteti olduğunu vurğulayıb.
Tramp paylaşımında, həmçinin İranın nüvə silahına sahib olmayacağını bildirib.
Aysel Mətləb