Makedoniyalı İsgəndər bacarmadı, siz bacaracaqsınız? - Qalibaf

Makedoniyalı İsgəndər bacarmadı, siz bacaracaqsınız? - Qalibaf
09.10.2026 23:47 Dünya

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib ki, iranlılar tarix boyu özlərini dünyanın hökmdarı elan edən və qədim sivilizasiyaları məhv etməyə çalışan qüvvələrə qarşı müqavimət göstəriblər.

TodayPress TV xəbər verir ki, Qalibafın sözlərinə görə, həmin qüvvələr İran torpaqlarına od-alov gətirsələr də, sonda toz-torpaq içində və rüsvay olmuş halda geri çəkiliblər.

O vurğulayıb ki, Makedoniyalı İsgəndərin yolunu təkrarlamaq istəyənlər Roma imperatoru Valerianın taleyini yaşayacaqlar.

“Diz çökəcəksiniz”, – deyə Qalibaf bildirib.

Kübra Musayeva

XƏBƏR LENTİ
10 OKTYABR 2026
Bütün Xəbərlər