Türkiyə-Azərbaycan münasibətlərini hədəf alanlara Ankaradan XƏBƏRDARLIQ

Türkiyə-Azərbaycan münasibətlərini hədəf alanlara Ankaradan XƏBƏRDARLIQ
09.10.2026 23:17 Gündəm

Bəzi beynəlxalq media orqanlarında və sosial media hesablarında Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz bağları, strateji müttəfiqliyi və “Bir millət, iki dövlət” anlayışını hədəf alan qərəzli və məqsədyönlü məzmunlar aşkarlanıb.

TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin Dezinformasiya ilə Mübarizə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, sözügedən paylaşımlar iki dost və qardaş ölkə arasındakı köklü münasibətlərə xələl gətirməyi, regional sülh və sabitliyi pozmağı hədəfləyən açıq-aşkar manipulyasiya əməliyyatıdır.

"Türkiyə və Azərbaycan ortaq tarix, mədəniyyət və sarsılmaz qardaşlıq təməli üzərində qurulan münasibətlərini bütün sahələrdə qətiyyətlə davam etdirir. İki ölkə arasındakı strateji tərəfdaşlıq, atılan birgə addımlar və həyata keçirilən əməkdaşlıq çərçivəsində manipulyativ bəyanatlarla ictimaiyyəti yanıltmaq cəhdləri məqsədinə çatmayacaq.

İctimaiyyətdən bu cür psixoloji müharibə məqsədi daşıyan məzmunlara etibar etməməsi və yalnız rəsmi qurumların yaydığı açıqlamaları nəzərə alması xahiş olunur".

Aysel Mətləb


XƏBƏR LENTİ
10 OKTYABR 2026
Bütün Xəbərlər