Rusiya dizeli ABŞ bazarına daxil olur - Təfərrüatlar

Rusiya dizeli ABŞ bazarına daxil olur - Təfərrüatlar
09.10.2026 23:35 Dünya

ABŞ Maliyyə Nazirliyi Rusiya mənşəli dizel yanacağının dünya bazarına tədarükünü müvəqqəti olaraq ABŞ sanksiyalarından azad edib.

TodayPress TV xəbər verir ki, bu barədə qurum “X” sosial şəbəkəsində məlumat yayıb.

“Bu gün Prezident Donald Trampın göstərişi ilə Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) Rusiya dizel yanacağının dünya bazarına tədarükünə icazə verən müvəqqəti ümumi lisenziyanı dərhal qüvvəyə mindirir”, – deyə məlumatda bildirilib.

ABŞ Maliyyə Nazirliyinin dərc etdiyi lisenziyaya əsasən, Rusiya istehsalı olan dizel yanacağının satışı, tədarükü, boşaldılması və idxalı, o cümlədən ABŞ-yə idxalı 2027-ci il aprelin 7-si, ABŞ-nin şərq sahili vaxtı ilə saat 00:01-dək (Bakı vaxtı ilə 08:01) icazəli olacaq.

Aysel Mətləb

XƏBƏR LENTİ
10 OKTYABR 2026
Bütün Xəbərlər