Tramp NATO müttəfiqlərini tənqid etdi: İtaliya və Almaniya bizi dəstəkləmədi
ABŞ Prezidenti Donald Tramp NATO müttəfiqləri olan İtaliya və Almaniyanı İranla müharibə zamanı Vaşinqtona dəstək verməməkdə ittiham edib.
TodayPress TV0nin məlumatına görə, Tramp bildirib ki, ABŞ bu ölkələri Rusiyadan qorumaq üçün böyük vəsait xərcləyir, lakin qarşılığında kiçik məsələlərdə belə yardım istədikdə mənfi cavab alır.
“Onlar bizimlə deyildilər. Deyirəm ki, biz onları Rusiyadan qoruyuruq, bütün bu pulları xərcləyirik, bəlkə də kiçik məsələlərdə kömək istəyirik... onlar isə deyirlər ki, yox. Belə şey demək axmaqlıqdır. Bilirsiniz nə var? İtaliya çox pis idi. Almaniya çox pis idi, digər ölkələr də”, – Tramp deyib.