Tramp Maskdan məyus oldu

Tramp Maskdan məyus oldu
06.06.2025 02:45 Dünya
ABŞ Prezidenti Donald Tramp milyarder İlon Maskın Ağ evi tənqid etməsi fonunda sahibkardan məyus olduğunu və ona çox yardım etdiyini söyləyib.

TodayPress TV “CBS News”a istinadən xəbər verir ki, bu barədə Tramp Almaniyanın kansleri Fridrix Mertslə görüşündə danışıb.

“Mən ondan məyus oldum, ona çox kömək eləmişəm”, – dövlət başçısı deyib.

Amerika lideri əvvəllər Maskla yaxşı münasibətdə olduğunu, lakin indi bunun hansı vəziyyətdə olduğunu bilmir.

Xatırladaq ki, iyunun 3-də Mask Trampın xərc və vergilər haqqında “Vahid, böyük, gözəl” qanun layihəsini sərt tənqid edərək bunu “iyrənc” adlandırmışdı.

Ötən həftə o, Tramp administrasiyasındakı Hökumət Səmərəliyi Departamenti (DOGE) başçısı vəzifəsini tərk etmiş, lakin prezidentin dostu və müşaviri qalmağa davam edəcəyini vurğulamışdı.
XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər