Tramp Kubanı "dostcasına fəth etmək" niyyətini açıqladı

Tramp Kubanı "dostcasına fəth etmək" niyyətini açıqladı
28.02.2026 00:27 Dünya

ABŞ Prezidenti Donald Tramp Kuba hökumətinin Vaşinqtonla danışıqlar aparmasından narazı olduğunu ifadə edib və adanın “dostcasına alınması” ehtimalını nəzərdən keçirə biləcəyini deyib. 

TodayPress TV xəbər verir ki, bu barədə, o, Texasa uçmazdan əvvəl jurnalistlərə bildirib. 

“Kuba hakimiyyəti bizimlə danışıqlar aparır və bildiyiniz kimi, onlar böyük çətinliklərlə üzləşiblər. Onların pulu yoxdur, hazırda heç nələri yoxdur və bəlkə də biz Kubanın dostcasına fəthini həyata keçirəcəyik”, - deyə Ağ Ev lideri vurğulayıb. 

Dövlət başçısı əlavə edib ki, ABŞ-də yaşayan və Kubaya qayıtmaq istəyən çox sayda insan var. 

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər