Tramp Konqresə meydan oxuyur: Türkiyə "KAAN"ına ABŞ mühərriki verilir

Tramp Konqresə meydan oxuyur: Türkiyə "KAAN"ına ABŞ mühərriki verilir
26.06.2026 12:15 Dünya

ABŞ Prezidenti Donald Tramp administrasiyasının Türkiyənin milli döyüş təyyarəsi KAAN üçün tələb etdiyi reaktiv mühərriklərin satışını həyata keçirməyə hazırlaşdığı bildirilir.

TodayPress TV xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Məlumata görə, Tramp administrasiyası satışla bağlı Konqresin mövqeyini aşmağı planlaşdırır və bu niyyətini artıq Konqresə də çatdırıb.

Bildirilir ki, söhbət Türkiyənin milli beşinci nəsil döyüş təyyarəsi KAAN layihəsində istifadə olunacaq reaktiv mühərriklərin satışından gedir.

Qeyd edək ki, ABŞ Konqresi daha əvvəl Türkiyəyə bəzi hərbi texnologiyaların satışına etiraz etmişdi. Bununla belə, The Wall Street Journal yazır ki, Ağ Ev bu məsələdə satışın həyata keçirilməsi istiqamətində addımlar atır.

Qiymət Mahir

XƏBƏR LENTİ
26 IYUN 2026
Bütün Xəbərlər