Tramp Kiyevin ABŞ-yə təşəkkür etmədiyini bildirdi
"Ukrayna hakimiyyəti Rusiyayla münaqişənin həlli istiqamətində göstərilən səylərə görə ABŞ-yə təşəkkür etməyib".
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.
Tramp paylaşımında Avropanın hələ də Rusiyadan neft aldığını, ABŞ-nin isə NATO-ya Ukrayna üçün “nəhəng məbləğlərlə silah” satmağa davam etdiyini qeyd edib. O, həmçinin bildirib ki, əgər 2020-ci il seçkiləri “saxtalaşdırılmasaydı”, Ukrayna–Rusiya müharibəsi ümumiyyətlə baş verməzdi.
Qiymət Mahir