Tramp: "İsrailin Qəzzaya qayıdışı mənim bir sözümə baxır"

Tramp: "İsrailin Qəzzaya qayıdışı mənim bir sözümə baxır"
16.10.2025 00:25 Dünya

ABŞ Prezidenti Donald Tramp HƏMAS-ın atəşkəs razılaşmasına əməl etmədiyi təqdirdə, İsrailə Qəzzada hərbi əməliyyatları bərpa etməyə icazə verəcəyini bildirib.

TodayPress TV "CNN"ə istinadən xəbər verir ki, Tramp bunu agentliyə müsahibəsi zamanı deyib.

“Mən bu sözü deyən kimi İsrail Qəzza küçələrinə qayıda bilər”, - Tramp vurğulayıb.

O bildirib ki, HƏMAS hərəkatı həm diri, həm də ölü olan bütün girovları geri qaytarmağa məcbur edən razılaşmaya əməl etmir.

Qeyd edək ki, Trampın 20 bəndlik sülh planının dördüncü bəndinə əsasən, bütün girovlar İsrailin razılaşmaya açıq razılıq verməsindən sonra 72 saat ərzində geri qaytarılmalıdır.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər