Tramp İsrail parlamentində çıxış edəcək
ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də Knessetdə (İsrail parlamenti) çıxış edəcək və Qəzza zolağında atəşkəs sazişinin imzalanması münasibətilə Misirin Şarm əl-Şeyx şəhərində keçiriləcək mərasimdə iştirak edəcək.
TodayPress TV xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Oktyabrın 13-ü səhər saatlarında İsrailə gələcək Tramp daha sonra "HƏMAS" girovlarının ailələri ilə görüşəcək və Knessetdə çıxış edəcək. Daha ətraflı məlumat verilməyib.