Tramp İranla razılaşmadan imtina etdi: "Onlar hazır deyil"

Tramp İranla razılaşmadan imtina etdi: "Onlar hazır deyil"
17.08.2026 22:45 Dünya

ABŞ Prezidenti Donald Tramp İranla qarşılıqlı anlaşma memorandumunun qüvvədə olma müddətinin uzadılmasına çalışmadığını bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə o, Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

ABŞ prezidenti, həmçinin İranla münaqişənin nizamlanması ilə bağlı Oman rəhbərliyinin hərəkətlərindən narazılığını ifadə edib:

"Düşünmürəm ki, onlar özlərini çox yaxşı aparıblar. Amma biz bunun öhdəsindən çox asanlıqla gələrdik. Digər məsələlərdə olduğu kimi".

Bundan əlavə, Tramp qeyd edib ki, İran bu mərhələdə münaqişənin dayandırılması ilə bağlı ABŞ tərəfinin şərtlərini qəbul etməyə hazır olduğunu ifadə etmir:

"Onlar razılaşma əldə etmək istəyirlər, lakin mənim zəruri hesab etdiyim razılaşmaya getmirlər".

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
18 AVQUST 2026
Bütün Xəbərlər