Tramp De Nironu təhqir etdi

Tramp De Nironu təhqir etdi
27.02.2026 17:11 Dünya

ABŞ prezidenti Donald Trump Hollivud aktyoru Robert De Nironun tənqidlərinə sərt cavab verib.

TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki,  Tramp bu barədə   "Truth Social"da paylaşım edib.

Tramp paylaşımında De Nironu “aşağı intellektə malik, nə dediyini bilməyən xəstə və dəli insan” adlandırıb və bəzi açıqlamalarının ciddi nəticələr doğura biləcəyini bildirib.

ABŞ prezidenti əlavə edib ki, ölkə hazırda “əvvəlkindən daha güclü və varlıdır” və bunun rəqiblərini narahat etdiyini vurğulayıb.

Qeyd edək ki, De Niro daha əvvəl Trampı tənqid edərək onu “axmaq” adlandırmışdı. Aktyor fikirlərini "MSNBC" telekanalında yayımlanan proqramda səsləndirib və Trampın siyasətinin ölkəyə zərər verə biləcəyini demişdi.

De Niro, həmçinin “Amerikanı yenidən böyük edək”  şüarı ətrafında yaranan siyasi mühiti də tənqid edib. O, seçkilərdə Demokrat namizəd Kamala Harrisi dəstəklədiyini açıqlamışdı.

Jalə Rövşən 

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər