Tramp Çinə səfər edəcək

Dünya

25.11.2025 10:49

Tramp sosial şəbəkədə verdiyi açıqlamada Çin Xalq Respublikasının Sədri Si Cinpinlə telefon danışığı apardıqlarını bildirib.

TodayPress TV "Haber Global"a istinadən xəbər verir ki, onun sözlərinə görə, tərəflər Ukrayna–Rusiya müharibəsi, fentanil problemi və kənd təsərrüfatı məhsullarının ticarəti də daxil olmaqla bir sıra məsələləri müzakirə ediblər.

Tramp qeyd edib ki, Çinlə münasibətlər “son dərəcə güclüdür” və Si Cinpinin onu apreldə Pekinə dəvət etdiyini, özünün də bu dəvəti qəbul etdiyini açıqlayıb. O, Si Cinpini yaxın aylarda ABŞ-yə dövlət səfərinə dəvət etdiyini də bildirib.

Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, Busanda iki lider arasında baş tutan son görüşün nəticələri hər iki tərəfi qane edib və görüş zamanı Ukrayna böhranı da müzakirə olunub. Si Cinpin Pekinin sülh səylərinə dəstəyini bir daha vurğulayıb.

Jalə Rövşən 

TodayPress TV

tag: Çin ,ABŞ ,Donal Tramp ,Səfər ,Todaypress.tv,