Tramp: "Bəzi ölkələr BRICS-dən çıxacaq"
ABŞ Prezidenti Donald Tramp bildirib ki, bəzi ölkələr BRICS qrupundan çıxmağa başlayıblar.
TodayPress TV xəbər verir ki, “Fox News” telekanalı məlumat yayıb.
Tramp Ağ Evdə Argentina Prezidenti Xavyer Mayli ilə görüşü zamanı deyib ki, Vaşinqtonun BRICS ölkələrinə qarşı idxal rüsumları tətbiq etmək planı bu ölkələrdə narahatlıq yaradıb.
O, həmçinin bildirib ki, BRICS dollara qarşı yönəlmiş təşəbbüs idi və həmin ölkələr ABŞ ilə ticarətdə dolların mövcud statusunu hədəfə alıblar.
Türkan İsgəndərli