Tramp: "ABŞ Qəzza zolağında sabitliyin bərpasına kömək edəcək"

Tramp: "ABŞ Qəzza zolağında sabitliyin bərpasına kömək edəcək"
13.10.2025 16:34 Dünya

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton Qəzza zolağında sabitlik və təhlükəsizliyin bərpasına yardım edəcək. 

TodayPress TV xəbər verir ki, bu barədə o, İsrail parlamentində çıxışı zamanı danışıb.

Ağ Ev rəhbərinin sözlərinə görə, Qəzza sakinləri sabitlik, təhlükəsizlik, ləyaqət və iqtisadi inkişaf üçün əsasların bərpasına diqqət yetirməlidirlər. O bildirib ki, ABŞ bu istiqamətdə onların tərəfdaşı olacaq.

Prezident qeyd edib ki, Qəzza əhalisi buna layiqdir və uzun illər inanılmaz ağrı və sıxıntılara dözüb. 

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər