Tokayev qucaqlaşan və bir-birini öpən kişiləri tənqid etdi: “Bu nədir?”
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkə sakinlərini “əsas milli ənənələrə” riayət etməyə çağırıb və kişilərin bir-birini qucaqlaması, öpüşərək salamlaşması kimi halları tənqid edib.
TodayPress TV bu barədə xarici mediaya istinadən xəbər verir.
Tokayev bildirib ki, kişilərin bir-birini qucaqlaması və öpməsi, qadın və kişilərin bu formada salamlaşması qazax ənənələrinə uyğun deyil.
“Bu, düzgün deyil. Kişilər bir-birini qucaqlamağa, öpməyə başlayırlar, qadınlar kişiləri, kişilər qadınları öpürlər. Bizim adət-ənənələrimizdə heç vaxt belə bir şey olmayıb. Xüsusilə hərbi formada olan insanlar. Generallar bir-birini qucaqlamağa başlayırlar. Bu nədir belə?” - deyə Tokayev vurğulayıb.
Kübra Musayeva