Təyyarə yerə çırpıldı, ölənlər var - VİDEO
Polşanın paytaxtı Varşavanın Bemovo hava limanında yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.
TodayPress TV xəbər verir ki, bu barədə WP nəşri məlumat verib.
Məlumata görə, təyyarə eniş etməyə çalışsa da, sürücülərin təlim mərkəzinin yaxınlığında yerə çırpılıb.
Mülki aviasiya qəzası nəticəsində 2 nəfərin öldüyü bildirilib.
Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.
Həmçinin məlum olub ki, insident nəticəsində yaxınlıqdakı meydançada olan kənar şəxs də yaralanıb. Lakin ona lazımi tibbi yardım göstərilib və həyatına hər hansı təhlükə yoxdur.