Tehranın iki bölgəsində partlayışlar baş verdi

Tehranın iki bölgəsində partlayışlar baş verdi
27.06.2026 16:36 Dünya

İranın paytaxtı Tehranın iki fərqli bölgəsində partlayışların baş verdiyi bildirilir.

TodayPress TV xəbər verir ki, yayılan məlumatlara görə, partlayışlar şəhərin şərq hissəsində və şimal-qərbdə yerləşən Gülüstan bölgəsində qeydə alınıb.

Yerli mənbələrin iddiasına əsasən, hər iki əraziyə zərbələr endirilib. Lakin hədəfə alınan obyektlərin hansı quruma məxsus olduğu hələlik məlum deyil.

Hadisənin səbəbi, eləcə də mümkün itkilər və dağıntılarla bağlı İran rəsmiləri tərəfindən rəsmi açıqlama verilməyib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
27 IYUN 2026
Bütün Xəbərlər