Tehranda 3 günlük tətil: Xameneinin dəfn proqramı açıqlandı
Tehranda İranın sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei ilə vida mərasiminə görə 3 günlük tətil elan olunacaq.
TodayPress TV xəbər verir ki, bu barədə Xameneinin vida və dəfn mərasimi ilə bağlı qurumun rəhbəri Sərdar Həsənzadə məlumat yayıb.
Onun sözlərinə görə, Xamenei ilə vida mərasimi və cənazə namazı 4-5 iyul tarixlərində Tehranın Mosalla kompleksində təşkil olunacaq, 6 iyulda isə cənazə Quma yola salınacaq.
Nəcəf və Kərbəla şəhərlərində də vida mərasimi keçiriləcək, sabiq Ali Rəhbərin cənazəsi iyulun 8-də İraqa yola salınacaq.
Qum şəhərində vida mərasimindən sonra Ayətullah Seyid Əli Xamenei öz vəsiyyətinə uyğun olaraq iyulun 9-da Məşhəddə torpağa tapşırılacaq.