Tehran fəlakət ssenarisinə hazırlaşır
İran ABŞ blokadasının davam edəcəyi təqdirdə 2027-ci ildə neft gəlirlərinin sıfıra enməsi ehtimalına qarşı büdcə hazırlığına başlayıb.
TodayPress TV xəbər verir ki, Al Jazeera-nın məlumatına görə, İran rəsmilərinə neft gəlirlərinin tamamilə kəsilməsi ssenarisini nəzərə alan büdcə layihəsinin hazırlanması ilə bağlı göstəriş verilib.
Tehran hökuməti hazırda neft ixracından gəlirlər olmadan maaşların, pensiyaların və digər zəruri dövlət xərclərinin maliyyələşdirilməsi üçün alternativ mənbələr axtarır.
Məlumatda bildirilir ki, İran uzunmüddətli neft gəlirləri böhranına qarşı rəsmi səviyyədə hazırlıq görür.
Jalə Rövşən