Təcili: Qazaxıstan nefti daşıyan tankerlərə hücum edildi
Qazaxıstan neftini daşıyan iki tanker pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.
TodayPress TV xəbər verir ki, bu barədə Xəzər Boru Kəməri Konsorsiumu (CPC) məlumat yayıb.
Məlumata görə, neftin tankerlərə yüklənməsi zamanı ASIA və NISSOS IOS adlı tankerlər PUA-ların hücumuna məruz qalıb. Hadisədən sonra neftin yüklənməsi prosesi dayandırılıb.
Bildirilib ki, hücum nəticəsində Xəzər Boru Kəməri Konsorsiumunun və podratçı təşkilatların əməkdaşları arasında ölən və ya xəsarət alan olmayıb. Hazırda hadisənin təfərrüatları araşdırılır.