Təbii fəlakət Pakistana da təsir etdi: Güclü zəlzələ baş verdi - YENİLƏNDİ
Pakistanda yenidən zəlzələ baş verib.
TodayPress TV xəbər verir ki, zəlzələnin gücü 5,5 bal olub.
***
08:56
Pakistanda 5,4 bal gücündə zəlzələ qeydə alınıb.
TodayPress TV xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatına görə, yeraltı təkanlar saat 03:06-da (Bakı vaxtı ilə 07:06) baş verib.
Zəlzələnin ocağı 35 kilometr dərinlikdə yerləşib.
Episentr 236 min nəfər əhalisi olan Dera Qazi Xan şəhərindən 102 kilometr şimal-qərbdə qeydə alınıb.
Hazırda zəlzələ nəticəsində dağıntı və ya insan tələfatı barədə rəsmi məlumat verilməyib.
Türkan İsgəndərli